18 aprel tarixindən Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-yə işgüzar səfəri başlayıb.
Səfər zamanı nümayəndə heyəti Vaşinqton şəhərində keçiriləcək Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Yaz Toplantıları çərçivəsində bir sıra tədbirlərdə və ikitərəfli görüşlərdə iştirak edəcək.
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Yaz Toplantıları çərçivəsində Seçki Qrupunun görüşündə çıxış edən Mərkəzi Bankın sədri ölkəmizdə iqtisadi mühitdə baş verən dəyişikliklər və həyata keçirilən makroiqtisadi siyasət barədə danışıb. O, çıxışında dayanıqlı iqtisadiyyatın dəstəklənməsi istiqamətində maliyyə sektorunun rolunu, həmçinin ölkəmizdə keçiriləcək COP29 beynəlxalq tədbirinin dünya iqtisadiyyatının uzunmüddətli inkişafı baxımından əhəmiyyətini vurğulayıb.