![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Mərkəzi Bankın sədri Taleh Kazımov yanvarın 23-də Dünya Bankının (DB) nümayəndə heyəti ilə görüşmüşdür.
Görüş zamanı DB-nin Azərbaycandakı cari fəaliyyəti, yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (ÖTÇ) (2025-2028) hazırlanması istiqamətində görülən işlər, yeni ÖTÇ-nin əhatə edəcəyi strateji istiqamətlər, investisiya layihələri, o cümlədən ölkəmizin inkişaf prioritetləri və planları üzrə fikir mübadiləsi aparılmışdır.
Eyni zamanda Mərkəzi Bank və DB arasında gələcək əməkdaşlıq perspektivləri və həyata keçirilən texniki yardım layihələri müzakirə edilmişdir.