3
Mərkəzi Bankın sədri Taleh Kazımov sığorta sektorunun rəhbər şəxsləri ilə növbəti dəfə görüşüb. Görüş zamanı sektor üzrə ötən rübə dair göstəricilər və ortamüddətli perspektivdəki strateji təşəbbüslər nəzərdən keçirilib.
Görüşdə həmçinin sığorta sektorunun inkişaf tendensiyaları və çağırışları, potensial imkanları və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.