Home » Mərkəzi Bankın sədri Taleh Kazımov ABA prezidenti Zakir Nuriyevi qəbul edib

Mərkəzi Bankın sədri Taleh Kazımov ABA prezidenti Zakir Nuriyevi qəbul edib

by anar
0 comments 8 views 1 minutes read

Oktyabrın 2-də Mərkəzi Bankın sədri Taleh Kazımov  Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevi qəbul edib.

Görüş zamanı Zakir Nuriyevin 65 illik yubileyi münasibətilə təbriklər çatdırılıb, uzun müddət bank rəhbəri, eləcə də ABA-nın prezidenti kimi bank sektorunun dayanıqlılığının artırılması istiqamətində fəaliyyəti və sektora verdiyi töhfələr yüksək qiymətləndirilib.

Mərkəzi Bankın sədri qeyd edib ki, Zakir Nuriyevin ABA rəhbəri kimi fəal idarəçiliyi və təşəbbüsləri bank sektorunda əməkdaşlıq əlaqələrinin güclənməsinə, eləcə də sahənin davamlı inkişafında mühüm rol oynayıb. O, Zakir Nuriyevin fəaliyyəti nəticəsində sektorda qurulan konstruktiv əməkdaşlıq atmosferinin bankçılıq sahəsinin inkişafında əhəmiyyətini xüsusi vurğulayıb.

Zakir Nuriyev göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.