Mərkəzi Bankın sədri Taleh Kazımovun iyulun 27-də ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə növbəti görüşü olmuşdur.
BBN.az Bankın rəsmi LinkedIn səhifəsinə istinadən xəbər verir ki, görüş zamanı qlobal iqtisadi proseslər, o cümlədən qlobal artım və inflyasiya meyillərinə təsir edən amillər müzakirə olunmuşdur.
Görüşdə həmçinin pul bazarında gedən proseslər, faiz transmissiyasının gücləndirilməsi istiqamətində aparılan islahatlar, son qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.