Home » Mərkəzi Bankla Azərbaycan Fintex Assosiasiyası arasında ölkədə rəqəmsal ödənişlər üzrə ekosistemin genişləndirilməsi mövzusunda növbəti görüş keçirilmişdir

Mərkəzi Bankla Azərbaycan Fintex Assosiasiyası arasında ölkədə rəqəmsal ödənişlər üzrə ekosistemin genişləndirilməsi mövzusunda növbəti görüş keçirilmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində bank olmayan ödəniş xidməti təchizatçıları olan ödəniş təşkilatlarının və elektron pul təşkilatlarının ödəniş xidmətləri bazarının aktiv iştirakçısına çevrilməsi və innovativ ödəniş həllərinin tətbiq edilməsi Mərkəzi Bankın daim diqqət mərkəzində saxlanılır.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Mərkəzi Bankla Azərbaycan Fintex Assosiasiyası və digər Fintex nümayəndələri ilə video-konfrans formatında növbəti görüş keçirilmişdir. Görüşdə yerli və xarici ödəniş xidmətləri bazarlarında müasir inkişaf tendensiyaları, nağdsız ödənişlərin stimullaşdırılması və maliyyə savadlılığının artırılması ilə bağlı tədbirlər, həmçinin rəqəmsal ödəniş ekosisteminin genişləndirilməsində mühüm rol oynayacaq “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsi müzakirə edilmişdir.

Müzakirələr zamanı “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsinin ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə həyata keçirilən layihələrə ödəniş təşkilatları, elektron pul təşkilatları və bu kimi digər Fintex təşkilatların aktiv cəlb edilməsi üçün qanunvericilik əsaslarını yaradacığı vurğulanmışdır. Belə ki, Qanun layihəsi və ondan irəli gələn hüquqi aktlar qəbul olunduqdan sonra bu təşkilatların göstərdiyi xidmətlər üzərində effektiv tənzimləmə və nəzarət çərçivəsi tətbiq ediləcəkdir. Eyni zamanda, rəqəmsal ödəniş texnologiyaları sahəsində tənzimləyici test rejiminin və məsafəli bank xidmətlərinin həyata keçirilməsində innovativ həllərin tətbiqinin genişləndirilməsi üzrə davamlı tədbirlər həyata keçiriləcəkdir.

Ölkəmizdə fəaliyyət göstərən bank olmayan ödəniş xidməti təchizatçılarını ümumi maraqlar əsasında birləşdirən, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılmış “Azərbaycan Fintex Assosiasiyası” ictimai birliyi ilə birgə ölkədə rəqəmsal ödəniş ekosistemininin genişləndirilməsi, Fintexlərin həmin ekosistemdə rolunun daha da gücləndirilməsi, həmçinin maliyyə texnologiyalarının inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyət davam etdiriləcəkdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.