Home » “Məşğulluğa Dəstək Layihəsi” üzrə daha 170 şəxsə avadanlıqlar verilərək kiçik biznesləri yaradılıb

“Məşğulluğa Dəstək Layihəsi” üzrə daha 170 şəxsə avadanlıqlar verilərək kiçik biznesləri yaradılıb

by Aytac
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” üzrə ölkəmizin bölgələrində daha 170  şəxsə avadanlıqlar verilib.

Verilmiş avadanlıqlarla onlar istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini qurublar.

“Məşğulluğa Dəstək Layihəsi” işsiz kimi qeydiyyata alınmış həssas qruplara aid şəxslərin (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və b.) özünüməşğulluq fəaliyyətinin təşkilinə dəstək məqsədi daşıyır. Layihə çərçivəsində ümumilikdə 22 min şəxsin kiçik biznesə çıxışına dəstək verilməsi hədəflənib.

Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur. Təlim sonunda keçirilən qiymətləndirmə prosesində isə biznes planlarını müdafiə edən şəxslərə seçdikləri istehsal və xidmət sahələri üzrə avadanlıqlar təqdim olunur.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.