Home » “Məşğulluq marafonu” üzrə 1959 nəfər şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

“Məşğulluq marafonu” üzrə 1959 nəfər şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

by bbnadm
0 comments 0 views 1 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu” çərçivəsində şəhid ailəsi üzvlərinin və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı işləri davam edir.

Marafona qoşulan işəgötürənlərin sayı artıq 627-yə çatıb. Həmin işəgötürənlrdən 332-si dövlət, 295-i isə özəl sektora aiddir. İşəgötürənlər tərəfindən marafona təqdim edilən vakansiyaların sayı isə 4363-ə çatıb.

Təqdim edilən vakansiyalar üzrə artıq 1959 nəfər işlə təmin edilib. Onlardan 1599 nəfəri qazi, 360 nəfəri isə şəhid ailəsi üzvüdür.

Marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını  https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilər isə marafondan faydalanaraq işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.