Home » Məşhur sahibkardan öyrənə biləcəyimiz 3 əsas biznes dərsi

Məşhur sahibkardan öyrənə biləcəyimiz 3 əsas biznes dərsi

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Hər kəs Volt Disney-in (Walt Disney) kim olduğunu bilir. Əminəm ki, nə vaxtsa Disney parkında olmusunuz, Disney filminə baxmısınız (canlı və ya cizgi filmi) yaxud Disney personajını izləmisiniz. Bəziləri, hətta Disney gəmilərində belə olub. Disney 51 il öncə vəfat edib, amma fikirləri bu gün üçün aktuallığını itirməyib.

1.Heç vaxt təslim olmayın

Volt bu barədə deyib ki, həyatımdakı bütün sıxıntı, çətinlik və maneələr yalnız məni gücləndirib. Bəlkə də baş verəndə bunu hiss etmirsiniz, amma dişlərinizi sıxsanız, ola bilər ki, o sizi daha yaxşı bir həyata hazırlayır. 

2. Problemi həll etməyə fokuslanın

Disney problemi görən və onu həll etməyə çalışan insan idi. O bir gün qızını əyləncə parkına aparır, görür ki, ora və bütün oyuncaqlar çirkli vəziyyətdədir. Eləcə də əyləncə mərkəzinin işçiləri çox kobuddurlar. Daha sonra bu hal ona öz əyləncə parkını yaratmaq ideyasını vermiş, eləcə də bu problemi həll etmişdir. 

Ceyson Kilar bir dəfə deyib ki, 10 yaşımda Disney parkına getmişdim, məni ən çox həyəcanlandıran isə orada bir dənə də olsun saqqız kağızı yox idi. Balaca uşaq olsam da çox həyəcanlanmışdım. 

3. Özünü yenidən yarat

Bəlkə də çoxları bilmir ki, Miki Maus onun ilk personajı deyil. Onun ilk personajı dovşan olmuşdu, müştəri ilə bağladığı müqavilə onu sevindirmişdi, amma onlar ilə ikinci görüşündə Disneyi qapıdan qovmuşdular, bütün animatorları isə onunla işləmək istəməmişdi. Amma o daha sonralar həmin günü belə xatırlayır: “Mənim və qardaşım Royun biznesi uçurumun kənarında idi. Manhattandan Holivuda gedən qatarda Miki Maus personajını dəftərimə çizdim”. Bu ona ən böyük uğurunu gətirən personaj olub və o yenidən uğur qazanır. 

https://www.entrepreneur.com/article/299117

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.