Home » Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi təqaüd proqramları elan edir

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi təqaüd proqramları elan edir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2021-2022-ci tədris ili üçün “Szent István University”ndə kənd təsərrüfatı su idarəetmə mühəndisliyi,  bitki qorunması, məhsul istehsalı ixtisasları üzrə təqaüd proqramı elan edir. Təhsil magistratura səviyyəsi üzrə, ingilis dilində, 2 il müddətində olacaqdır. Tələbələr təhsil müddətində təhsil haqqı, yataqxana, yaşayış xərci, tibbi sığorta ilə təmin olunacaqlar. Təqaüd proqramına müraciət üçün son tarix 28 fevral 2021-ci il nəzərdə tutulub.  

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları keçiddə göstərilən ərizə forması ilə tələb olunan sənədləri REU-Scholarship@fao.org elektron poçt ünvanına göndərməlidirlər. Tələb olunan sənədlər və digər məlumatlarla keçiddən tanış ola bilərsiniz.

Qeyd edək ki, yalnız 30 yaşadək namizədlər müraciət edə bilər.    

Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə namizədlərə REU-Scholarship@fao.org ünvanı ilə əlaqə saxlamaq tövsiyə edilir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.