Home » Makroiqtisadi dayanıqlılıq üzrə effektiv icra və gələcək planlar dəyərləndirildi

Makroiqtisadi dayanıqlılıq üzrə effektiv icra və gələcək planlar dəyərləndirildi

by Zeyneb
0 comments 3 views 1 minutes read

Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası çərçivəsində tədbirlərin vaxtında və effektiv icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin sərəncamı ilə yaradılmış Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupunun növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Mərkəzi Bank, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, İqtisadiyyat və Maliyyə Nazirlikləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, İpoteka və Kredit Zəmanət Fondu, Əmanətlərin Sığortalanması Fondu və Aqrar Sığorta Fondunun nümayəndələri iştirak ediblər.

İşçi qrupunun sədri, Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov giriş nitqində Strategiya çərçivəsində “Daxili və xarici təsirlərə dayanıqlılıq” məqsədilə əldə olunmuş nəticələr barədə məlumat verib və növbəti dövrlərdə tədbirlərin səmərəli icrası üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.

Daha sonra işçi qrupunun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Müseyibov, 2025-ci ilin ilk yarımili ərzində görülmüş işlər və əldə olunmuş nəticələr barədə təqdimatla çıxış edib.

İclasda “Daxili və xarici təsirlərə dayanıqlılıq” məqsədinə uyğun təsdiqlənmiş 15 tədbirin monitorinqi və qiymətləndirməsi aparılıb, həmçinin fəaliyyətlərin effektivliyinin artırılması üçün növbəti addımlar müəyyən edilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.