Home » Mal-qaranın güzəştli sığortası davam edir, sığorta haqqının 50 faizini dövlət ödəyir

Mal-qaranın güzəştli sığortası davam edir, sığorta haqqının 50 faizini dövlət ödəyir

by anar
0 comment 0 views 2 minutes read

Aqrar sığorta heyvanları çoxsaylı risklərdən – yoluxucu xəstəlik, zəhərlənmə, ilan və həşarat sancması, vəhşi heyvan hücumundan qoruyur

Kənd təsərrüfatında çalışanlar və fermerlər üçün dövlət dəstəyi genişlənir.

Azərbaycanda aqrar sığorta mexanizmi vasitəsilə kənd təsərrüfatı heyvanlarını da sığortalamaq mümkündür. Sığorta iri buynuzlu mal-qara ilə yanaşı, xırdabuynuzlu heyvanları – qoyun və keçi təsərrüfatlarını da əhatə edir.

Aqrar sığorta heyvanları çoxsaylı risklərdən – yoluxucu xəstəliklər, təbii fəlakətlər, zəhərlənmə, ilan və həşarat sancması, vəhşi heyvanların hücumundan, 3-cü şəxslərin hərəkətlərindən qoruyur.

Bundan başqa, baytar tərəfindən qulluq zamanı heyvanların kimyəvi maddələrdən zəhərlənməsi, avtomobillə daşınma zamanı qəza, avtomobillə vurulma, elektrik cərəyanı vurması, hətta oğurluq və quldurluq halları da aqrar sığorta tərəfindən qarşılanır.

Bu hallar nəticəsində heyvanlar tələf olarsa və ya məcburi kəsimə gedərsə, müvafiq qaydalara uyğun şəkildə fermerlərə sığorta ödənişi edilir.

Aqrar Sığorta Fondu tərəfindən heyvanları tələf olan fermerlərə böyük ödənişlər edilir. Belə ki, 2022-ci ildə heyvnaların sığortası üzrə fermer və təsərrüfatlara 710 min manat, 2023-cü ildə 910 min manat həcmində sığorta ödənişi edilib.

Qanunvericiliyə əsasən kənd təsərrüfatı heyvanlarının sığortalanması üçün sığorta tarifləri 5,2-8,2% arasında dəyişir. Aqrar Sığorta Fondu tərəfindən təqdim edilən heyvan sığortasının əsas cəhəti onun güzəştli olmasıdır.

Belə ki, fermerlərə dəstək məqsədilə heyvanların sığorta haqqının 50%-ni dövlət ödəyir, nəticədə fermerlər cüzi ödənişlə heyvanlarını sığorta edə bilərlər.

Məsələn, qiyməti 1000 manat olan mal-qaranın sığortası fermerə seçilmiş zərfdən asılı olaraq cəmi 26-41 manata, 2000 manatlıq heyvanın sığortası 52-82 manata, 5000 manatlıq mal-qaranın sığortası isə 130-205 manata başa gəlir.

Xırdabuynuzlu heyvanların sığorta haqqı daha kiçikdir – 300 manatlıq qoyun və ya keçinin sığortası sahibinə 8-12 manata, 500 manatlıq heyvanın sığortası isə 13-20 manata başa gəlir. 

Sığortalanma üçün əsas tələblər – heyvanın birkalı və peyvəndlənmiş olması, EKTİS-də qeydiyyatdan keçməsi və təsərrüfatda müvafiq şəraitin yaradılmasıdır.

Fermerlər Aqrar Sığorta Fondunın rəsmi internet səhifəsinə (https://asf.gov.az/heyvandarliq) daxil olmaqla heyvan sığortasının şərtləri və sığorta tarifləri barədə ətraflı məlumat ala, heyvanlarını sığorta etmək üçün tələb olunan sığotrta haqlarını kalkulyator (https://asf.gov.az/heyvandarliq-sigartasi-kalkulyatoru) vasitəsilə özləri  də hesablaya bilərlər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.