Home » Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun növbəti iclası keçirilib

Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun növbəti iclası keçirilib

by ulviyya
0 rəy 14 baxış 1 dəqiqə oxuma

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi qrupunun 12.07.2023-cü il saat 15:00-da “Webex” onlayn platforması vasitəsilə Dünya Bankının “Business Ready” hesabatının Maliyyə xidmətləri indikatoru üzrə qiymətləndirmə nəticələrinin müzakirəsi məqsədilə növbəti iclası keçirilmişdir.

BBN.az Mərkəzi Banka istinadən xəbər verir ki, iclasda Maliyyə xidmətləri indikatoru üzrə aparılmış qiymətləndirmə nəticələri barədə ətraflı məlumat verilmiş, qiymətləndirmə nəticələrinin yaxşılaşdırılması istiqamətində İşçi qrupu üzvləri və Mərkəzi Bankın məsul əməkdaşları ilə geniş müzakirələr aparılmış və növbəti addımlar müəyyən edilmişdir.

İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Nazirlər Kabinetinin, Mərkəzi Bankın, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Neft Fondunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan Kredit Bürosunun, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, Azərbaycan Sığortaçılar Assosiasiyasının və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının nümayəndələri iştirak etmişdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.