Home » Maliyyə Nazirliyində Koreyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

Maliyyə Nazirliyində Koreyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov aprelin 13-də Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq ilə görüşüb.

Görüşdə Azərbaycan-Koreya əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub, Koreyanın bir çox şirkətlərinin Azərbaycanda kənd təsərrüfatı, infrastruktur və digər prioritet sahələrdə uğurla iştirak etdikləri vurğulanıb. 

Səfir Li İn-Yonq Azərbaycanın iqtisadi potensalı və coğrafi mövqeyinə görə təkcə region üçün deyil, eyni zamanda, Avropa və Asiya arasında iqtisadi əməkdaşlıq və tranzit imkanları baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O, ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, Koreya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə iştiraka marağını vurğulayıb, əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini bildirib.

Görüşdə hər iki ölkənin müharibədən sonrakı dövrdə dağıntıların aradan qaldırılması, yenidənqurma və bərpa işlərində ortaq tarixi xüsusiyyətlərə və oxşarlığa malik olduğu ifadə olunub, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında, o cümlədən infrastruktur, dağ-mədən sənayesi, kənd təsərrüfatı, ən son texnologiyaların tətbiqi və digər sahələrdə Koreya təcrübəsinin öyrənilməsinin vacibliyi qeyd olunub.

Sonda S.Şərifov qlobal miqyasda maliyyə və biznes dairələri üçün ən nüfuzlu tədbirlərdən biri hesab edilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının cari ilin 1-5 may tarixlərində 56-cı illik toplantısının keçirilməsi üçün İncheon şəhərinin seçilməsi münasibətilə səfiri təbrik edib, Cənubi Koreyanın bu mötəbər tədbirə uğurla ev sahibliyi edəcəyinə əmin olduğunu bildirib.  

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.