Home » Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

by bbnadm
0 comments 3 views 1 minutes read

14 yanvar 2020-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105002783 ISIN-li, 15 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 99.0817  AZN (7.0000%) və 101.3039  AZN (5.8001%) olan 25 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.9666 (5.9800%) orta ölçülmüş qiyməti 101.0381 (5.9418%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 88,415,500.00 AZN yerləşdirilmiş həcmi isə 15,000,000.00 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  11.01.2022-ci il.

Hərrac iştirakçıları 15 yanvar 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.