Home » Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

by bbnadm
0 comments 3 views 1 minutes read

21 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0110005920 ISIN-li, 10 mln. manat həcmində, 2548 gün tədavül müddətli dövlət uzunmüddətli istiqrazlarının (DUİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 85,6009 AZN (9,9%) və 100 (7%) olan 6 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100 (7%), orta ölçülmüş qiyməti  100  (7%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 21,780,000.00 manat, yerləşdirilmiş həcmi isə 250,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 12 dekabr 2028-ci il.

Hərrac iştirakçıları 22 dekabr 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.