Home » Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

17 may 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108013944 ISIN-li, 40 mln. manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 93.7625 (7 %) və  98.2895 (5.9%) manat olan 16 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.8298 (6.49%) manat, orta ölçülmüş qiyməti 97.4452 (6.1%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 101,746,600 manat, yerləşdirilmiş həcmi isə 39,137,600 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 11 may 2027-ci il.

Hərrac iştirakçıları 18 may 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.