Home » Maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması istiqamətində vətəndaşların səyyar qəbulu həyata keçirilib

Maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması istiqamətində vətəndaşların səyyar qəbulu həyata keçirilib

by ulviyya
0 rəy 4 baxış 1 dəqiqə oxuma

Maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması, habelə onlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində Mərkəzi Bank tərəfindən görülən mütəmadi tədbirlərin davamı olaraq cari ilin avqust ayının 20-də Sabirabad rayonunda vətəndaşların səyyar qəbulu həyata keçirilib.

Vətəndaşların müraciətləri əsasən həyat sığortası, kreditin istənilməsi, kredit borcuna güzəşt olunması, qalıq kredit borc barədə məlumatın öyrənilməsi və Mərkəzləşdirilmiş Kredit Reyestrində gecikmə günlərinin silinməsi ilə bağlı olub.

Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilərək müvafiq izahatlar verilib, bəzi məsələlər yerindəcə öz həllini tapıb. Əlavə araşdırma tələb olunan məsələlərlə bağlı vətəndaşlara ərizə tərtib etmələri üçün dəstək göstərilib.

Qeyd edək ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə səyyar qəbulların keçirilməsi davam etdiriləcəkdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.