Home » Maliyyə institutlarında gender maliyyəsinin təşviq edilməsi məqsədilə onlayn görüş keçirilib

Maliyyə institutlarında gender maliyyəsinin təşviq edilməsi məqsədilə onlayn görüş keçirilib

by ulviyya
0 comment 2 views 1 minutes read

30 avqust 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) təşkilatçılığı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) dəstəyi ilə maliyyə institutlarında gender maliyyəsinin təşviq edilməsi məqsədilə ABA-ya üzv banklar və bank olmayan kredit təşkilatlarının nümayəndələri ilə onlayn formatda görüş keçirilib.

Görüşdə beynəlxalq təcrübəli ekspert tərəfindən gender maliyyəsinin əhəmiyyəti və maliyyə institutları tərəfindən bu istiqamətdə yeni məhsulların yaradılmasının vacibliyi diqqətə çatdırılıb.

Həmçinin qadınların maliyyə institutlarının müxtəlif sahələrində iştirakının artırılması üzrə siyasətin formalaşdırılması məsələsi müzakirə olunub və ölkəmizin bu istiqamətdəki statistikası nəzərdən keçirilib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.