Home » Maliyyə Monitorinqi Xidməti 15 illiyini qeyd edib

Maliyyə Monitorinqi Xidməti 15 illiyini qeyd edib

by anar
0 comment 3 views 1 minutes read

Fevralın 23-də Maliyyə Monitorinqi Xidmətinin yaradılmasının 15 illiyi qeyd edilib. Bununla əlaqədar xidmətin kollektivi Fəxri xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Sonra Şəhidlər xiyabanında ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanlarımızın məzarları ziyarət olunub.

BBN.az xəbər verir ki, Maliyyə Monitorinqi Xidmətinin 15 illik yubileyinə həsr edilmiş tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov xidmətin heyətini xüsusi gün münasibətilə təbrik edib, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin Azərbaycanda ədalətli bazar və sağlam iqtisadi maliyyə münasibətlərinin davamlı inkişafına, iqtisadi təhlükəsizliyin gücləndirilməsinə xidmət etdiyi vurğulanıb. Avropa Şurasının 5-ci raund MONEYVAL qiymətləndirmə prosesinin ölkəmiz üçün uğurlu nəticəsində Maliyyə Monitorinqi Xidmətin xüsusi rolu olduğu qeyd olunub.

Qurumun İdarə Heyətinin sədri Zaur Fətizadə Maliyyə Monitorinqi Xidmətinin əldə etdiyi uğurlara, cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sisteminin beynəlxalq standartlara uyğun formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində atılmış addımlara dair təqdimatla çıxış edib.

Sonda xidmət əməkdaşları təltif edilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.