Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu gün dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə milli valyutada olan xəzinə hesabı qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracını təşkil edib.
BBN.az xəbər verir ki, hərracın nəticələrinə əsasən, 400 milyon manat məbləğində xəzinə vəsaiti ölkənin kapitallaşma və aktivlərinə görə ən iri beş bankı arasında təklif təqdim etmiş iki bankda 28 gün müddətinə, orta çəkili 7% illik faiz dərəcəsi ilə depozitə yerləşdirilib.