Home » Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

by bbnadm
0 comments 20 views 1 minutes read

17 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040018 ISIN-li, 50 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 89.6127 (11.9950%) manat və 96.3702 (7.9999%) manat olan 26 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.1528 (9.27%) manat, orta ölçülmüş qiyməti isə 94.3533(9.1536%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 136,285,200 manat, yerləşdirilmiş həcmi isə 50,000,000 manat təşkil edilmişdir.

Hərrac iştirakçıları 18 yanvar 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 14 yanvar 2025-ci ildir.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.