
15 yanvar 2026-cı il tarixində, ABA-nın nəzdində fəaliyyət göstərən “Maliyyə və mühasibatlıq üzrə Ekspert Qrupu”nun onlayn formatda görüşü təşkil olunub.
Görüş zamanı ləğv olunmuş vergi ödəyicilərinə məxsus bank hesabının bağlanılması məsələsləri, bununla bağlı görülməli işlər müzakirə edilmişdir.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.







