![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
26 yanvar 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106003889 ISIN-li, 20 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 15 investor tərəfindən qiyməti intervalı 93.7285 (9.9700%) və 100.0000 (7.5000%) olan 21 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.4001 (8.5000%), orta ölçülmüş qiyməti 97.8420 (8.3277%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 62,554,500.00 manat yerləşdirilmiş həcmi isə 6,992,400.00 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 23 yanvar 2024-cü ildir.
Hərrac iştirakçıları 27 yanvar 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.