Home » Maliyyə Nazirliyinin nümayəndə heyəti Vyanada keçirilən beynəlxalq seminarda iştirak edib

Maliyyə Nazirliyinin nümayəndə heyəti Vyanada keçirilən beynəlxalq seminarda iştirak edib

by anar
0 comments 1 views 1 minutes read

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndə heyəti 11–13 noyabr 2025-ci il tarixlərində Avstriya Respublikasının Vyana şəhərində keçirilən Dünya Bankının PULSAR 2 (Dövlət Sektoru üzrə Mühasibat Uçotu və Hesabat Proqramı) layihəsi çərçivəsində təşkil olunmuş 12-ci seminarda iştirak edib.

Tədbir zamanı dövlət sektoruna aid təşkilatların birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının tərtib edilməsi ilə bağlı qabaqcıl beynəlxalq təcrübələr, həmçinin hesablama metoduna keçidlə əlaqədar mövcud çətinliklər və onların həlli yolları müzakirə olunub.

Seminarda, eyni zamanda, mühasiblərin peşəkarlıq səviyyəsinin artırılması, onların davamlı təlim proseslərinə cəlb olunması və insan resurslarının inkişafı məsələləri diqqət mərkəzində olub. İştirakçılar həmçinin süni intellekt texnologiyalarının mühasibat uçotu və maliyyə hesabatlarının aparılmasında tətbiqinin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

PULSAR 2 layihəsi çərçivəsində keçirilən bu seminar dövlət sektorunda maliyyə idarəçiliyinin təkmilləşdirilməsi, şəffaflığın və hesabatlılığın artırılması istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.