Home » Maliyyə sektoru üçün mühüm beynəlxalq standartlara həsr olunmuş seminar keçirilib

Maliyyə sektoru üçün mühüm beynəlxalq standartlara həsr olunmuş seminar keçirilib

by Aytac
0 comments 0 views 1 minutes read

9 yanvar 2026-cı il tarixində Azərbaycan Keyfiyyət Assosiasiyası, CFE Cert (Böyük Britaniya) və İNCERT beynəlxalq sertifikatlaşdırma təşkilatlarının birgə təşkilatçılığı ilə “Maliyyə sektoru üçün mühüm olan standartlar” mövzusunda seminar təşkil olunub.

Tədbirdə Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların nümayəndələri iştirak ediblər.

Seminar maliyyə sektorunda aktuallıq qazanan GRC (Governance, Risk and Compliance) yanaşması, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının maliyyə qurumları üçün müəyyən etdiyi tələblər kontekstində beynəlxalq standartların tətbiqi məsələlərinə həsr olunub.

Tədbir çərçivəsində maliyyə sektoru üçün mühüm əhəmiyyət daşıyan ISO/IEC 27001, ISO/IEC 27701, ISO 22301, ISO/IEC 42001 və ISO 37301 beynəlxalq standartları üzrə təqdimatlar keçirilib. Təqdimatlar zamanı sözügedən standartların bank və digər maliyyə qurumlarında tətbiqi, eləcə də onların risklərin idarə olunması, məlumat təhlükəsizliyi, biznesin fasiləsizliyi və uyğunluq (compliance) sistemlərinin gücləndirilməsində rolu barədə ətraflı məlumat verilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.