Home » Martda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 32 mindən çox müraciət daxil olub

Martda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 32 mindən çox müraciət daxil olub

by anar
0 comments 0 views 1 minutes read

İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 2025-ci ilin mart ayı ərzində ümumilikdə 32 444 müraciət daxil olub.

2025-ci ilin mart ayında İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzi tərəfindən 27 344 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla ümumilikdə 32 444 xidmət göstərilib.

Müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Daxil olan müraciətlərin əksər hissəsi cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətini asanlaşdırmaq, operativliyi və məmnunluğu artırmaq məqsədilə yaradılmış 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən bölgəsindən stasionar telefonla birbaşa və ödənişsiz zəng etmək mümkündür.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.