2
Süni intellektin (Sİ) inkişafı 10-20 faiz ehtimalla bəşəriyyətin ölümünə səbəb ola bilər.
BBN.az Business Insider’ə istinadən xəbər verir ki, bunu amerikalı milyarder və sahibkar Elon Musk ABŞ-nin Los-Anceles şəhərində keçirilmiş “Sİ haqqında böyük müzakirələr” seminarında söyləyib.
Biznesmen həmçinin hesab edir ki, bu cür texnologiyaların inkişafı hələ də davam etdirilməyə dəyər, çünki bu məsələdə müsbət ssenarilər mənfi olanları üstələyir.