

Global Times-ın məlumatına görə Çin Xalq Bankı və Milli Maliyyə Tənzimləmə Administrasiyası Mastercard və onun çinli tərəfdaşı NetsUnion-a yuan depozitləri ilə debet və kredit kartları ilə əməliyyatlar həyata keçirməyə icazə verib.
BBN.az xəbər verir ki, Mastercard-a verilən icazə Çinin ödəniş sistemləri bazarının xarici rəqabətə açılması istiqamətində mühüm addım hesab olunur. Əvvəllər American Express-ə ölkədə debet kartı əməliyyat lisenziyası verilmişdi, lakin şirkətin Çindəki tərəfdaşlığında nəzarət payı yoxdur.
Çində debet kartı əməliyyatları dövlətə məxsus UnionPay şirkəti tərəfindən aparılır. Digər tərəfdən, ölkədə AliPay və WeChat Pay onlayn ödəmə sistemlərindən geniş istifadə olunur.