Home » “MasterCard” görmə qüsurlu şəxslər üçün yeni plastik kartlarını təqdim edib

“MasterCard” görmə qüsurlu şəxslər üçün yeni plastik kartlarını təqdim edib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Beynəlxalq ödəniş texnologiyası şirkəti “MasterCard” daha bir innovativ layihəyə imza atıb. Şirkət dünyadakı 2.2 milyard nəfərdən çox görmə qüsurlu şəxslər üçün yeni plastik kartlar çıxarıb. “Touch Card” adlanan bu kartları digərlərindən fərqləndirən əsas cəhət üzərində və yan tərəflərində xüsusi çıxıntıların olmasıdır. Bu çıxıntılar vasitəsilə görmə qüsurlu insanlar plastik kartların debit, kredit və ya ön ödəməli olduğunu ayırd edə, həmçinin toxunmaqla kart məlumatlarını başa düşə biləcəklər.

Beynəlxalq səviyyədə biometrik texnologiyaların inkişafında böyük rola malik “Idemia” şirkəti ilə tərəfdaşlıq çərçivəsində tərtib edilən bu plastik kartlar Böyük Britaniyada (RNIB) və ABŞ-da (VISIONS) bu sahə üzrə fəaliyyət göstərən qurumlar tərəfindən sınaqdan keçirilib və təsdiqlənib.

Məlumat üçün qeyd edək ki, 1966-cı ildən etibarən fəaliyyətini davam etdirən “MasterCard” şirkəti hazırda 352.6 milyard dollarlıq bazar kapitalizasiyası ilə lider ödəniş sxemalarındandır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.