Home » “MasterCard” kiber-fintech innovasiyaları laboratoriyası istifadəyə verir

“MasterCard” kiber-fintech innovasiyaları laboratoriyası istifadəyə verir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“MasterCard” şirkəti Roma mərkəzli “Enel X” şirkəti ilə tərəfdaşlıq çərçivəsində İsrailin Beer-Şeva şəhərində maliyyə texnologiyaları və kibertəhlükəsizlik üzrə innovasiyalar laboratoriyasını istifadəyə verəcək. Laboratoriyanın əsas məqsədi, startaplara dəstək olaraq maliyyə texnologiyaları və kibertəhlükəsizlik üzrə həllərin yaradılmasını həyata keçirməkdir. Laboratoriya 3 illik lisenziyaya malik olacaq. Laboratoriyanın yaradılması, əməliyyat xərcləri, eləcə də startaplara dəstək üçün ilkin olaraq 3.7 milyon dollar həcmində büdcə ayrılıb.

“Enel X” şirkətinin direktoru açıqlamasında, laboratoriyanın İsrail mərkəzli startaplara daha keyfiyyətli məhsulların bazara daha sıxlıqla çıxarılmasına böyük töhfəsi olacağını bildirib. Həmçinin, “MasterCard” şirkəti ilə tərəfdaşlığın İsrail startaplarının dünya bazarına çıxışını asanlaşdıracağı vurğulanıb.

Qeyd edək ki, “Enel X” şirkəti ilk innovasiya mərkəzini 2016-cı ildə İsrailin paytaxtı Təl-Əviv şəhərində açıb. Sözügedən mərkəz 35 yerli fintech şirkəti ilə çalışıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.