Home » “Mastercard” kibertəhlükəsizlik şirkəti satın alacaq

“Mastercard” kibertəhlükəsizlik şirkəti satın alacaq

by yunus
0 rəy 1 baxış 1 dəqiqə oxuma

“Mastercard” şirkəti “Recorded Future” kibertəhlükəsizlik şirkətini satın alacaq.

BBN.az xəbər verir ki, ABŞ-ın maliyyə xidmətləri şirkəti “Mastercard” 2,65 milyard dollara “Recorded Future” kibertəhlükəsizlik şirkətini almaqla bağlı razılıq əldə edib.

Bu barədə “Mastercard”ın verdiyi açıqlamada deyilir.

Bildirilib ki, şirkət “Recorded Future”ı “Insight Partners”dən 2,65 milyard dollara almaq müqaviləsi ilə kibertəhlükəsizlik xidmətlərini genişləndirib.

Açıqlamada qeyd edilib ki, “Recorded Future”in 75 ölkədə, o cümlədən 45 ölkənin hökumətləri və “Fortune 100” şirkətlərinin yarısından çoxu da daxil olmaqla, 1900-dən çox müştərisi var.

Sözügedən razılaşmanın “Mastercard”ın şəxsiyyətin müəyyən edilməsi, fırıldaqçılığın qarşısının alınması, real vaxt rejimində qərarların qəbulu və kibertəhlükəsizlik xidmətlərinə töhfə verəcəyi vurğulanıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.