McDonald’s qlobal müqayisəli satışları bu ilin üçüncü rübündə 1,5 faiz azalıb. Beləliklə, şirkətin satışları ardıcıl olaraq ikinci rübdə azalıb.
Şirkətin gəlirlərinin artdığı, mənfəətinin isə azaldığı bildirilib.
BBN.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, iyul-sentyabr aylarında xalis mənfəət əvvəlki ilin eyni dövründəki 2,32 milyard dollara qarşı 2,26 milyard dollar təşkil edib. Səhm üzrə mənfəət 3,17 dollardan 3,13 dollara düşüb. Şirkətin rüblük gəliri 6,69 milyard dollardan 6,87 milyard dollara yüksəlib.
“McDonald’s”ın qlobal müqayisəli satışları (bir ildən artıqdır ki, fəaliyyət göstərən restoranlar) iyul-sentyabr aylarında 1,5% azalıb. ABŞ-də bu rəqəm 0,3% artıb, xaricdə isə 2,1% azalıb
Qeyd edək ki, “McDonald’s” səhmləri çərşənbə axşamı bazar əvvəli ticarətdə 2,6% ucuzlaşıb. Bu ilin əvvəlindən onların dəyəri 0,1% artıb.