Home » MDB-yə üzv dövlətlərin vergi xidmətləri ekspertlərinin iclası olub

MDB-yə üzv dövlətlərin vergi xidmətləri ekspertlərinin iclası olub

by bbnadm
0 comments 0 views 1 minutes read

Dekabrın 21-də MDB-yə üzv dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının XXVII iclası çərçivəsində ekspertlərin videokonfrans formatında iclası keçirilib. Azərbaycanın sədrlik etdiyi tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistanın vergi xidmətlərinin nümayəndələri iştirak ediblər.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Zaur Fətizadənin idarə etdiyi toplantıda 2019-2020-ci illər üçün Koordinasiya Şurasının iş planının icrasının nəticələri, 2016-2020-ci illərdə MDB-nin iqtisadi inkişaf strategiyasının üçüncü mərhələsi çərçivəsində vergi orqanları üzrə görülən işlər, MDB ölkələrində birgə vergi nəzarət tədbirlərinin aparılması təcrübəsi və imkanları, vergi qanunvericiliklərində baş vermiş dəyişikliklər, sosial sığorta haqlarının inzibatçılığı təcrübəsi, üzv dövlətlərdə bir neçə ölkənin vətəndaşlığı və vergi rezidentliyi olan fiziki şəxslərin gəlirlərinin ikiqat vergiyə cəlb edilməsi, məhkəmə və məhkəməyə qədərki şikayətlərə baxılma təcrübəsi, rəqəmsal aktivlərin dövriyyəsinin vergitutma mexanizmləri və praktikasının öyrənilməsi, tənzimləmə metodlarının və metodologiyanın inkişafı, qabaqcıl dünya təcrübəsinin inteqrasiyası üçün tövsiyələrin hazırlanması, üzv dövlətlərdə vergi müəyyənliyinin artırılması və s. barədə fikir mübadiləsi aparılıb.

Ekspertlərin müzakirələri dekabrın 23-də MDB-yə üzv dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının XXVII iclasına hazırlıq məqsədi daşıyır. Tədbir iki gün davam edəcək.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.