Home » MDM-də investisiya şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

MDM-də investisiya şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

15 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində (MDM)  kapital bazarının iştirakçıları ilə növbəti görüş keçirilib.  Görüşdə  MDM-in Müşahidə Şurasının sədri Elçin Əlizadə, Müşahidə Şurası sədrinin müavini Umeyra İbrahimova, MDM-in  İdarə Heyəti və  investisiya şirkətlərinin  rəhbərləri iştirak ediblər. Görüş zamanı açılış nitqi ilə çıxış edən  Elçin Əlizadə tədbir iştirakçılarını salamlayaraq kapital bazarının inkişafı isqamətində nəzərdə tutulan tədbirlər barədə qısa məlumat verib və bu sahədə bazar iştirakçıları arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Daha sonra bir sıra statistik məlumatları, o cümlədən birja, birjadankənar əqdlər üzrə hesabatı və ilk dəfə olaraq iqtisadi zonalar üzrə investorlar barədə hesabatı əks etdirən qısa təqdimat investisiya şirkətlərinin nümayəndələrinin diqqətinə çatdırılıb. Sonda kapital bazarının inkişafı məqsədi ilə təsdiq olunmuş strategiyalarda müəyyən edilmiş hədəflər müzakirə olunub və müvafiq mövzular ətrafında tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb, bu cür görüşlərin mütəmadi keçirilməsi razılaşdırılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.