Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
MDM üzvü olan investisiya şirkətləri tərəfindən öz  müştərilərinə depo hesablarını məsafədən açmaq imkanı yaradıb - BBN

MDM üzvü olan investisiya şirkətləri tərəfindən öz  müştərilərinə depo hesablarını məsafədən açmaq imkanı yaradıb

Milli Depozit Mərkəzi (MDM) tərəfindən depo hesabların açılması üzrə yeni arxitektura formalaşdırılıb. Yeni arxitektura, MDM üzvü olan investisiya şirkətləri tərəfindən öz  müştərilərinə depo hesablarını məsafədən açmaq imkanı yaradıb.

Yeni arxitektura çərçivəsində, investisiya şirkətlərinin müştəriləri APİ (Application Programming Interface) vasitəsi ilə depo hesablarını məsafədən aça biləcəklər. Bu infrastrukturu təmin edən MDM üzvü olan investisiya şirkətlərində, müştərilərə aid mütləq xanalar doldurulduqdan sonra, depo hesablar avtomatik şəkildə yaranacaq. İnvestisiya şirkətləri tərəfindən məsafədən hesabların açılması praktikası Türkiyə, Almaniya, Böyük Britaniya və digər qabaqcıl ölkələrin təcrübəsinə uyğun olaraq müəyyən edilmişdir.

Bu yeni arxitektura, kapital bazarının inkişaf etdirilməsinə, investorlar üçün əlverilişli şəraitin yaradılmasını təmin etməklə, depo hesablarının açılmasını daha sürətli və asan edəcək, müştərilərin məmnuniyyətini artıracaq və investisiya fəaliyyətini daha effektiv həyata keçirilməsinə imkan verəcək.

Related posts

Azərbaycanda biznes ehtiyacları ilə bağlı vahid süni intellekt platforması yaradılır

Azərbaycan və Dünya İqtisadi Forumu arasında 2026-cı il üzrə əməkdaşlıq planı müzakirə edilib

Qlobal Təşvişin Mərkəzi: ABŞ Dolları Niyə “Zirehli Liman”a Çevrildi? – Qızıl və Kripto Bu Yarışın Harasındadır?

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı