Home » MDM üzvü olan investisiya şirkətləri tərəfindən öz  müştərilərinə depo hesablarını məsafədən açmaq imkanı yaradıb

MDM üzvü olan investisiya şirkətləri tərəfindən öz  müştərilərinə depo hesablarını məsafədən açmaq imkanı yaradıb

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Milli Depozit Mərkəzi (MDM) tərəfindən depo hesabların açılması üzrə yeni arxitektura formalaşdırılıb. Yeni arxitektura, MDM üzvü olan investisiya şirkətləri tərəfindən öz  müştərilərinə depo hesablarını məsafədən açmaq imkanı yaradıb.

Yeni arxitektura çərçivəsində, investisiya şirkətlərinin müştəriləri APİ (Application Programming Interface) vasitəsi ilə depo hesablarını məsafədən aça biləcəklər. Bu infrastrukturu təmin edən MDM üzvü olan investisiya şirkətlərində, müştərilərə aid mütləq xanalar doldurulduqdan sonra, depo hesablar avtomatik şəkildə yaranacaq. İnvestisiya şirkətləri tərəfindən məsafədən hesabların açılması praktikası Türkiyə, Almaniya, Böyük Britaniya və digər qabaqcıl ölkələrin təcrübəsinə uyğun olaraq müəyyən edilmişdir.

Bu yeni arxitektura, kapital bazarının inkişaf etdirilməsinə, investorlar üçün əlverilişli şəraitin yaradılmasını təmin etməklə, depo hesablarının açılmasını daha sürətli və asan edəcək, müştərilərin məmnuniyyətini artıracaq və investisiya fəaliyyətini daha effektiv həyata keçirilməsinə imkan verəcək.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.