Home » Mediatorlar üçün keçirilən təlimlərin növbəti mərhələsi başa çatıb

Mediatorlar üçün keçirilən təlimlərin növbəti mərhələsi başa çatıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının və Mediasiya Şurasının mediatorlar üçün birgə təşkil etdiyi maarifləndirmə kurslarının növbəti mərhələsi başa çatıb.

İstehlakçı hüquqlarının müdafiəsinə dair keçirilən təlimdə əsas məqsəd mediatorların bu sahədə bilik və bacarıqlarının artırılması, onların fəaliyyətinin daha effektiv qurulması, məhkəmələrin iş yükünün azaldılması və mübahisələrin qısa müddətdə həllinə nail olunmasıdır.

3 gün davam edən təlimdə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən istehlakçıların hüquqlarının müdafiəsi mexanizmləri, istehlakçının hüquq və vəzifələri, istehlak bazarına nəzarət tədbirləri, təbii inhisarlara dövlət nəzarəti və s. məsələlər barədə məlumat verilib, iqtisadi mübahisələrin məhkəmədənkənar alternativ həlli üsullarının tətbiqinin önəmi vurğulanıb.

Qeyd edək ki, təlimlər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Mediasiya Şurası arasında imzalanmış Memoranduma uyğun olaraq həyata keçirilib. Təlimlərdə iştirak edən mediatorlara sertifikat təqdim olunub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.