Home » Mediatorların hazırlanması üçün daxil olan müraciətlər Ədliyyə Akademiyasına yönəldilmişdir

Mediatorların hazırlanması üçün daxil olan müraciətlər Ədliyyə Akademiyasına yönəldilmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Mediasiya Şurası tərəfindən mediatorların hazırlığı üzrə tədbirlərin həyata keçirilməsi davam etməkdədir.

Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq mediatorların hazırlanması məqsədilə Mediasiya Şurası tərəfindən elan verilmiş, elan nəticəsində 400 nəfərə yaxın şəxsin müraciəti qəbul edilmişdir. Qəbul edilmiş müraciətlər Azərbaycan Respublikasında hələlik sertifikatlaşdırılmış yeganə mediasiya təlimi qurumu olan Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına yönəldilmişdir. Qanunvericiliyin tələblərinə cavab verdikləri təqdirdə, müraciət etmiş şəxslər Ədliyyə Akademiyası tərəfindən 15 nəfərlik qruplar şəklində təlimlərə cəlb ediləcəklər.

COVİD-19 pandemiyası şəraitində əyani təlimlərə icazə verilmədiyi və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, hər bir qrupda maksimal 15 nəfərin təlimə cəlb edilməsinə icazə verildiyi üçün təlimlərin təşkil edilməsi vaxtı hələlik müəyyən deyil və bu, bir neçə ay çəkə bilər.

Təlimlərlə bağlı bundan sonrakı müraciətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 383 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qayda”sına uyğun olaraq birbaşa Ədliyyə Akademiyasına təqdim edilməlidir.

Təlimlərə cəlb edilmə və onların təşkili ilə bağlı məsələrlər üzrə Ədliyyə Akademiyasına müraciət edə bilərsiniz.

Xatırladaq ki, ötən il dekabrın 2-də Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 3 aprel 2019-cu il tarixli fərmanına və “Mediasiya haqqında” qanuna uyğun olaraq Mediasiya Şurasının təsis edilməsi və mediasiya qanunvericiliyinin tətbiqi məqsədilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə işçi qrup yaradılıb.

İşçi qrupun fəaliyyəti nəticəsində Mediasiya Şurasının nizamnaməsi bütün aidiyyəti qurumlarla razılaşdırılaraq təsisçi qismində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikası Vəkillər Kollegiyası çıxış etməklə cari il fevralın 12-də “Mediasiya Şurası” qeyri-kommersiya hüquqi şəxsi təsis edilib, fevralın 16-da Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.