Home » Meksikanın Azərbaycandakı səfiri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Meksikanın Azərbaycandakı səfiri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

by Aytac
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub.

Qonağa Mərkəzin fəaliyyəti barədə məlumat verilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas əhali qruplarından olan şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsi və reabilitasiya xidmətləri ilə təminatı sahəsində aparılan işlər diqqətə çatdırılıb.

Səfir müxtəlif yaradıcılıq studiyalarında təlim prosesini izləyib, benefisiarların hazırladıqları əl işlərinə baxıb. O, həssas əhali qruplarına aid şəxslərin yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün burada yaradılan şərait və görülən işlərlə bağlı xoş təəssüratlarını ifadə edib. Cənubi Qafqazda ilk çoxşaxəli inklüziv yaradıcılıq və inkişaf məkanı olan Mərkəzin unikal təcrübə olduğunu vurğulayıb.

Görüşdə bu sahədə fəaliyyət göstərən müəssisələr arasında qarşılıqlı təcrübə mübadiləsinin məqsədəuyğun ola biləcəyinə dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.