Home » Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 5 350 tənha yaşlıya və aztəminatlı ailəyə ərzaq yardımı edilib

Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 5 350 tənha yaşlıya və aztəminatlı ailəyə ərzaq yardımı edilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Ölkəmizdə tənha yaşlılara və digər həssas əhali qruplarına ərzaq yardımlarının göstərilməsi işləri davam edir.

Bu istiqamətdə sosial dəstək aksiyaları keçirən sosial tərəfdaşlardan biri də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətidir.

Son günlərdə Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Bakıda və respublikamızın bölgələrində ümumilikdə 5350 tənha yaşlıya və aztəminatlı ailəyə ərzaq yardımı verilib.

Ərzaq payları sosial xidmətçilərlə birgə tənha yaşlıların, aztəminatlı ailələrin evlərinə aparılaraq onlara çatdırılıb.

Keçirilən belə sosial aksiyalar ölkəmizdə pandemiya dövründə milli həmrəyliyin güclənməsinin növbəti təzahürü və yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərin, aztəminatlı ailələrin rifahına dəstək sahəsində dövlətin apardığı işlərə bir dəstəkdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.