1
“Meqa Sığorta”nın İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrılıb.
BBN.az sığorta şirkətindən əldə etdiyi məlumata istinadən xəbər verir ki, Hökmüdar Qələndər oğlu Məmişov “Meqa Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrılıb.
Qeyd edək ki, hazırda “Meqa Sığorta”nın İdarə Heyətinin tərkibi 3 nəfərdən ibarətdir. İdarə Heyətinin sədri Uğur İbrahimli, üzvləri isə Murad Babayev və Hamlet Qarayevdir.





