Home » Meta şirkəti ChatGPT-dən istifadə edən Malware-ni bloklayır

Meta şirkəti ChatGPT-dən istifadə edən Malware-ni bloklayır

by bbnadm
0 comments 0 views 1 minutes read

“Facebook, Instagram, WhatsApp-ın ana şirkəti Meta ChatGPT-dən istifadə edən Malware-ni (istifadəçinin icazəsi olmadan kompüterə yüklənən və zərərli fəaliyyətlər nümayiş etdirən və onların şifrə və vəsaitlərini oğurlayan proqram təminatıdır-red.) bloklayır”.

BBN.az “Bloomberg Technology” TV kanalına istinadən xəbər verir ki, bu haqda şirkətin təhlükəsizlik məsələləri üzrə sözçüsü Nathaniel Gleicher bildirib.

Sözçü deyib ki, Malware-nin əsas hədəfləri bizneslər olur və o əlavə edib ki, bizneslər özlərini adıçəkilən zərərli proqram təminatından qorumalıdırlar: “Belə hücumların mənşəyi və ölkəsi isə məlum deyil, təhlükələr hər yerdən ola bilər”, – deyə o, sözlərinə əlavə edib.

Qeyd edək ki, şirkət Dropbox və Google-da ChatGPT-dən istifadə edən 700-dən çox zərərli linkləri bloklayıb və Meta rəsmisi proqram çərçivəsində Artırılmış Reallıq (AR) əsaslı təhlükələrə qarşı necə mübarizə aparmaq lazım olduğundan danışıb.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.