Home » Meta-ya “WhatsApp” təhlükəsizlik boşluqları ilə bağlı məhkəmə iddiası

Meta-ya “WhatsApp” təhlükəsizlik boşluqları ilə bağlı məhkəmə iddiası

by yunus
0 comments 0 views 1 minutes read

ABŞ-da Meta şirkətinə məxsus “WhatsApp” mesajlaşma platformasının keçmiş təhlükəsizlik rəhbəri şirkəti məhkəməyə verib.

BBN.az xəbər verir ki, The New York Times yazır ki, sabiq rəhbər proqramda milyardlarla istifadəçini təhlükə altına qoyan ciddi zəifliklərin uzun müddət aradan qaldırılmadığını iddia edir.

Onun sözlərinə görə, minlərlə Meta əməkdaşı “WhatsApp” istifadəçilərinin məxfi məlumatlarına çıxış imkanına malikdir. Bundan başqa, şirkət hər gün 100 minlərlə hesabı hədəf alan kiberhücumların qarşısını almaqda yetərincə səy göstərmir.

Keçmiş rəhbər Baig bildirib ki, təhlükəsizlik boşluqları barədə şirkət rəhbərliyini, o cümlədən Mark Zuckerberg-i məlumatlandırıb. Ancaq bu addımdan sonra ona qarşı qisas xarakterli addım atılıb və fevralda işdən azad edilib.

Meta isə ittihamları rədd edir. Şirkət sözçüsü açıqlamasında deyib ki, səslənən fikirlər əsassızdır və zəif performansa görə işdən çıxarılan sabiq əməkdaşın komandanın fəaliyyətini kölgədə qoymaq cəhdidir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.