2

Meta bu ilin ikinci rübü üçün balans hesabatını açıqladı.
BBN.az xəbər verir ki,müvafiq olaraq, şirkətin bu ilin ikinci rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 22 faiz artaraq 39,1 milyard dollara çatıb. Meta ötən ilin eyni dövründə 31,9 milyard dollar gəlir əldə edib.
Şirkətin gəliri ilə bağlı bazar gözləntiləri 38,3 milyard dollar idi.
Meta-nın xalis mənfəəti bu ilin ikinci rübündə 73 faiz artaraq 13,5 milyard dollara çatıb. Şirkət ötən ilin eyni dövründə 7,8 milyard dollar mənfəət açıqlamışdı.





