Bazar ertəsi günü Böyük Britaniyanın “Metro Bank”nın səhmləri daha yüksək açılıb və 26% artıb.
BBN.az CNBC Business nəşrinə istinadən xəbər verir ki, buna səbəb isə bankın 325 milyon funt sterlinq kapital artımı və 600 milyon funt sterlinq dəyərində borcların yenidən maliyyələşdirilməsi ilə bağlı olub.
Qeyd edək ki, bu xəbər isə ötən həftə bankın yeni, böyük məbləğdə maliyyələşdirmə axtarışında olduğundan sonra gəlib. Bildirilir ki, investor isə banker, Kolumbiyanın daşınmaz əmlak bazarı üzrə lideri Jaime Gilinski Bacal olub. Bu həmlədən sonra onun bankdakı səhmlərinin dəyəri 53%-ə çatıb.