Home » “Microsoft” Hindistana investisiya planını açıqlayıb

“Microsoft” Hindistana investisiya planını açıqlayıb

by yunus
0 comments 0 views 1 minutes read

“Microsoft” Hindistanda bulud və süni intellekt infrastrukturunu genişləndirmək üçün 2 il ərzində 3 milyard dollar sərmayə qoymağı planlaşdırır.

BBN.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi tərəfindən verilən açıqlamada “Microsoft”un Baş İcraçı Direktoru (CEO) Satya Nadellanın Hindistana səfəri zamanı sözügedən sərmayə planını elan etdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, şirkət növbəti 2 il ərzində yeni məlumat mərkəzlərinin yaradılması da daxil olmaqla, Hindistanda bulud və süni intellekt infrastrukturunu inkişaf etdirmək üçün 3 milyard dollarlıq sərmayə yatırmağı planlaşdırır.

Bu sərmayə ilə Hindistanda süni intellekt innovasiyalarını sürətləndirməyi hədəflədiyi vurğulanan açıqlamada “Microsoft”un “ADVANTA(I)GE India” proqramının ikinci mərhələsi çərçivəsində növbəti 5 il ərzində 10 milyon insanı süni intellekt bacarıqları ilə təchiz edərək ölkənin uzunmüddətli rəqabət qabiliyyətini dəstəkləyəcəyi qeyd edilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.