0


Microsoft, chat və video tətbiqi Teams’i Office məhsulundan ayrı olaraq qlobal miqyasda satacağını açıqladı.
BBN.az xəbər verir ki, 2017-ci ildə Office 365-ə pulsuz əlavə edilən Teams tədbiqi “Biznes üçün istifadə edilən Skype” tədbiqini əvəz etdi və videokonfrans funksiyası sayəsində pandemiya dövründə məşhurlaşdı. Lakin rəqiblər məhsulların birlikdə satışının Microsoft-a ədalətsiz üstünlük verdiyini iddia edirdilər. Şirkət keçən il oktyabrın 1-dən etibarən iki məhsulu Aİ və İsveçrədə ayrı-ayrılıqda satmağa başlayıb.