Home » Microsoft-un bazar dəyəri 3 trilyon dolları ötdü

Microsoft-un bazar dəyəri 3 trilyon dolları ötdü

by yunus
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Bir il ərzində səhmləri 68 faizdən çox dəyər qazanan Microsoft-un səhm dəyəri bu gün 1 faizdən çox artaraq 404,78 dollara çatıb. Beləliklə, Microsoft-un bazar dəyəri gün ərzində 3,01 trilyon dollara çatıb. Bu göstərici ilə Microsoft 3,03 trilyon dollarlıq kapitalizasiyası olan Apple-dan sonra dünyanın ikinci ən dəyərli şirkəti oldu.

BBN.az xəbər verir ki, “Microsoft”un səhmlərinin yüksəlməsi son vaxtlar süni intellekt işlərinə diqqət yetirməsi ilə bağlı olduğu bildirilir.

Qeyd edək ki, investorların Microsoft-un süni intellekt sərmayələrinə müsbət reaksiya verməsi səbəbindən şirkətin səhmləri ilin əvvəlindən 7 faizdən çox artıb. İlk dəfə 1986-cı ildə 1 milyard dollarlıq bazar dəyərinə çatan Microsoft bu ayın əvvəlində qısa müddət ərzində dünyanın ən dəyərli şirkəti olaraq Apple-ı geridə qoymuşdu.

 

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.