Home » Microsoft-un yeni sorğusu: Liderlərin cəmi 12%-i hibrid işin məhsuldar olduğunun qənaətindədir

Microsoft-un yeni sorğusu: Liderlərin cəmi 12%-i hibrid işin məhsuldar olduğunun qənaətindədir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Microsoft 11 ölkə üzrə 20.000 respondent arasında sorğu aparıb. Sorğunun nəticələrinə, əsasən işçilərin 87%-i hibrid işin məhsuldar olduğunu açıqlayıb. Amma sorğunun maraqlı tərəfi budur ki, liderlər heç də bu fikirdə deyil və yalnız 12% lider hibrid işin məhsuldar olduğu qənaətindədir. 

BBN.az bu haqda Bloomberg Technology TV proqramına istinadən xəbər verir.

Proqram çərçivəsində Microsoft-un CEO-su Satya Nadella və LinkedIn-in CEO-su  Ryan Roslansky hibrid işin yeni erası haqqında bəhs ediblər.  

LinkedIn-in CEO-su Ryan Roslansky deyib ki, şəbəkənin yeni data-ları göstərib ki, əmək bazarında gözlənilməz inkişaf baş verib: “Biz təkcə, işçilərin necə və harada işləmələrindən daha çox niyə işlədikləri məsələsinə fokus olmalıyıq”.

O, deyib ki, pandemiyadan öncə LinkedIn-də paylaşılan iş elanlarının cəmi 2%-i remote iş idi, 2020-nin martında isə bu rəqəm 20% olub. Hazırda isə bu rəqəm 15%-dir. Satya Nadella bildirib ki, əgər işçilər şirkətin missiyası ilə özlərini əlaqədə hiss edirlərsə, onlar mənalı iş ortaya qoyurlar: “Şirkətlərin hədəfi, həmçinin, işçilərin inkişafına dəstək olmaq olmalıdır”, – deyə CEO qeyd edib. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.